


Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub
Bakı, 12 iyun, AZƏRTAC
Koreyanın Bakı Dövlət Universiteti (BDU) ilə əlaqəsi 2007-ci ildə BDU tərəfindən koreyaşünaslığın regionşünaslıq ixtisasına daxil edildiyi vaxta təsadüf edir. Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub. 2008-ci ildə Koreya səfirliyi BDU ilə İnformasiya və İKT Mərkəzinin yaradılması istiqamətində əməkşdaşlığa başladı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq BDU-nun “Məzun günü”ndə deyib. O bildirib ki, bu yaxınlarda Koreya hökuməti bu mərkəzə yenidən maliyyə ayırıb və modernizasiya edərək Koreya-Azərbaycan Kompüter Elmləri Mərkəzinə çevirib. “Ümid edirəm ki, BDU bu mərkəzin imkanlarından istifadə edərək tələbələrini İT və kibertəhlükəsizlik sahələri üzrə mütəxəssis kimi yetişdirəcək. Bundan əlavə, ötən ay səfirliyimiz BDU-da "Koreya haqqında viktorina" adlı qlobal Koreya bilik yarışması təşkil edib. Bu yarışmanın qalibi bu ilin sonlarında dünyanın hər yerindən olan nümayəndələrlə finalda yarışmaq üçün Koreyaya səfər edəcək”, - deyə səfir əlavə edib.
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq
Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub
Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir