


Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
Bakı, 11 iyun, AZƏRTAC
Bu gün Azərbaycanın gələcəyini quracaq 6 min nəfərlik yeni bir ordu həyata vəsiqə alır. Bu günün memarları valideynlərdir, müəllimlərdir, professorlardır. Bu günün qəhrəmanları isə illərlə zəhmət çəkərək bilik qazanan məzunlardır.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov Bakı Dövlət Universitetinin Məzun Günündə deyib.
O bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycan dövlət müstəqilliyinin ilk bəhrələrindən biri kimi tarixə düşüb:
“1919-cu ildə yaradılan Azərbaycan Dövlət Darülfünunu milli istiqlalımızın şirin meyvələrindən biri idi. Universitetin ilk məzun buraxılışı 1922-ci ildə olub və cəmi 31 nəfər iki ixtisas üzrə diplom alıb. Bu gün isə universiteti bakalavr və magistr səviyyələrində altı mindən çox gənc bitirir. Bu fərq Azərbaycanın keçdiyi inkişaf yolunun ən parlaq göstəricilərindən biridir”.
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq
Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub