×
A
A
A
Sazlamalar

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Bakı, 11 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU), xüsusilə magistratura səviyyəsində, əmək bazarının və müasir dövrün tələblərinə uyğun olaraq ixtisas və ixtisaslaşmalar mütəmadi şəkildə yenilənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BDU-nun rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, universitetdə infrastrukturun yenilənməsi istiqamətində də mühüm işlər görülür: “Universitetdə təmir işləri aparılır. Bu, yalnız kosmetik xarakter daşımır, eyni zamanda, tədris məzmununun yenilənməsinə və təhsil keyfiyyətinin artırılmasına xidmət edən layihələrin həyata keçirilməsini əhatə edir. Tələbələrimizi dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə birgə həyata keçirilən ikili diplom proqramları da gözləyir. Bu imkanlardan yararlanmaq üçün əsas şərt yaxşı təhsil almaq və daim öz üzərində çalışmaqdır”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Orxan Kərimov
Operator - Vüsal Taqiyev

Elm və təhsil 2026-06-12 19:56:00