


DİM-də hazırlıq kursları təşkil olunub
Bakı, 8 İyun, AZƏRTAC
İyunun 8-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili və informatika fənləri üzrə hazırlıq kursları təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər, eləcə də pedaqojiprofilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Qeyd edək ki, kurslar həm əyani, həm də onlayn formatda həyata keçirilib. Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir və Xaçmazdan qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərə onlayn qoşulublar.
Hazırlıq kursları çərçivəsində moderatorlar - Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev tərəfindən iştirakçıların ev tapşırıqları müzakirə olunub. Müzakirələr zamanı tapşırıqlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, eləcə də iştirakçıların sualları cavablandırılıb.
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
DİM-də hazırlıq kursları təşkil olunub
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb