


BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
Bakı, 8 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğu şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı” keçirilir və bu çərçivədə şagirdlərə insan hüquqlarının mahiyyəti, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri barədə ətraflı məlumat verilir.
Tədbirlərdə Azərbaycanda insan hüquqlarının qorunması sahəsində əldə edilən nailiyyətlərdən, hər bir şəxsin öz hüquqlarını bilməsinin və cəmiyyətdə insan hüquqlarının təşviqinin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, “İnsan hüquqları aylığı”nın keçirilməsində əsas məqsəd şagirdlər arasında insan hüquqlarının təbliği, cəmiyyətdə insan ləyaqətinə hörmətin və hüquqlara əməl olunmasının vacibliyinin vurğulanması, eləcə də şagirdlərdə humanizm və vətəndaş məsuliyyəti kimi dəyərlərin formalaşdırılmasıdır.
“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
DİM-də hazırlıq kursları təşkil olunub
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib