


Son iki gündə 99 cinayətin açılması təmin olunub
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 6-da və 7-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 50, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 32 fakt müəyyən olunub. Ümumi çəkisi 73 kiloqramdan artıq narkotik vasitə və 5 min 688 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 7 min 440 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara və 6 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər də saxlanılıb.
SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO
Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
Vətən müharibəsi şəhidlərinin övladlarının konsertdə iştirakı təmin edilib