


Vətən müharibəsi şəhidlərinin övladlarının konsertdə iştirakı təmin edilib
Bakı, 8 iyun, AZƏRTAC
Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin övladları konsertdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının valideynləri ilə birlikdə “Planet Parni iz Baku” KVN Teatrının konsertində iştirakı təmin olunub.
Konsertdə ümumilikdə 182 benefisiar, o cümlədən 90-dan çox uşaq iştirak edib.
Tədbirdə uşaqlar və onların valideynləri üçün birlikdə vaxt keçirmək və yaddaqalan mədəni proqramın bir hissəsi olmaq imkanı yaradılıb.
Benefisiarların iştirakı DSMF və “Subway Azərbaycan”ın birgə təşkilatçılığı ilə təmin olunub.
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib
Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib