


DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E. Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq, çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
ATU-da qida təhlükəsizliyinin qorunması ilə bağlı aktual məsələlərə toxunulub
Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub