


Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
Bakı, 8 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində bu ilin ötən dövründə 70 uşaq övladlığa verilib. Onlardan 34-ü qız, 36-sı oğlandır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.
Qeyd edək ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizədlər müraciət qaydaları ilə nazirliyin “e-sosial.az” internet portalında tanış ola bilərlər.
Müxbir - Nailə Həsənova
Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub