


Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
Bakı, 8 iyun, AZƏRTAC
Sosial şəbəkələrdə yaş məhdudiyyətləri məsələsi həqiqətən də aktualdır. Uşaqlar informasiyanı hər zaman tənqidi şəkildə qiymətləndirə, onlayn ünsiyyət zamanı mövcud riskləri müəyyənləşdirə və şəxsi məlumatları qoruya bilmirlər. Buna görə də uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər faydalı ola bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı şəhəri, 145 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Xıdırova bildirib.
Onun fikrincə, təkcə məhdudiyyətlər kifayət deyil. “Uşaqların rəqəmsal savadlılığının inkişaf etdirilməsi, onlara internetdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi və valideynlərin mümkün risklər barədə məlumatlılığının artırılması vacibdir. Ən səmərəli yanaşma əsaslandırılmış tənzimləmə tədbirlərinin, maarifləndirmənin və ailənin uşağın rəqəmsal həyatında iştirakının birgə təmin edilməsidir”, - deyə psixoloq vurğulayıb.
Qeyd edək ki, bu gün Milli Məclisdə uşaqların rəqəmsal mühitdə hüquq və maraqlarının qorunması məqsədilə qanun layihəsi ictimai dinləməyə çıxarılıb. Təklif olunan layihə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinin və sosial şəbəkələrin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə bir sıra qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.
Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub