Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib
Naxçıvan, 4 may, AZƏRTAC
Mayın 4-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunan muxtar respublikanın ümumi təhsil məktəblərinin müəllimləri ilə görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov təltif olunan müəllimləri təbrik edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, təhsilə də böyük qayğı göstərdiyini bildirib. Qeyd olunub ki, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmaları müəllimlərin əməyinə verilən ən yüksək qiymətdir.
Sonra təltif olunan müəllimlər fəaliyyətləri dövründə Ümummilli Liderlə görüşləri ilə bağlı xatirələrini danışıblar.
Görüş iştirakçıları muzeydə dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, muxtar respublikanın ümumi təhsil məktəblərindən 9 müəllim Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib
Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib
Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub
Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO