Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib
Naxçıvan, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, monitorinqdə muxtar respublikanın ümumi təhsil müəssisələrinin IV siniflərində təhsil alan 5 minə yaxın şagird iştirak edib. Monitorinqdə şagirdlərə tədris dili və riyaziyyat fənlərindən ayrı-ayrılıqda 30 olmaqla, ümumilikdə, 60 sual təqdim olunub və 120 dəqiqə vaxt ayrılıb.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərməyəcək.
Mayın 19-da isə ümumi təhsil müəssisələrinin VI sinifləri üçün monitorinq təşkil olunacaq.
Naxçıvanda aksiz markası olmayan 15 min ədədə yaxın siqaret aşkarlanıb
Naxçıvanda 2090 şəxsə əlillik təyin olunub
Bu il AMEA Naxçıvan bölməsinin əməkdaşlarının 348 elmi əsəri çap olunub
Ali Məclisin deputatı: 2024-cü il Naxçıvan üçün siyasi və iqtisadi uğurlarla yadda qalmaqdadır