Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Şirvan, 18 may, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları evlərdən və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Vüsal Həşimovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı onun ümumilikdə 6 ev və obyektdən oğurluq edərək, zərərçəkmişlərə 5000 manatdan artıq maddi ziyan vurduğu müəyyənləşib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb
Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib
Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib
Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO
“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO