×
A
A
A
Sazlamalar

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Naxçıvan, 18 may, AZƏRTAC

Son günlərdə muxtar respublikada yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Culfa rayonunun Əbrəqunus kəndində yağış və sel suları nəticəsində “Mir Kazım ağa” kəhrizinin quyusunda uçqun baş verib. Kəhrizlər İdarəsinin əməkdaşları dərhal kəhrizə baxış keçirib və cari təmir-bərpa işlərinə başlayıblar. Görülən işlər nəticəsində quyu təmizlənib, 5 metr kürə təmir olunub.
Kəhrizdə işlər yekunlaşıb və kənd sakinlərinin istifadəsinə verilib.

 

 

Regionlar 2024-05-18 14:40:00