Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO
Astara, 18 may, İlkin Adıyev, AZƏRTAC
Hər il mayın birinci ongünlüyündən başlayaraq Astarada çəltik əkini aparılır. Bu il havaların əlverişli keçməsi fermerlərə əkini vaxtında başlamağa şərait yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkə bazarlarında yerli düyüyə tələbat yüksək olduğundan astaralı fermerlər bu sahəyə daha çox üstünlük verirlər.
Fermer Mehman Quliyev bildirir ki, ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda Astara düyüsünə tələbat çoxdur. Tələbatın artması isə yerli düyünün dadının və qoxusunun fərqli olmasındadır. Yerli düyüyə tələbat artdıqca fermerlər əkin sahələrini ildən-ilə genişləndirirlər.
Fermer Məhəmməd Həsənov isə deyir ki, əkin-biçin texnikası çox olarsa, məhsuldarlıq da artar.
Astarada çəltikçiliyin inkişafı üçün əlverişli şərait var. Rayon ərazisindən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır. Çəltikçilik əsasən Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.
Qeyd edək ki, ötən il rayonda çəltikçilikdə hər hektardan 40,83 sentner olmaqla, ümumilikdə, 962,95 ton məhsul istehsal olunub. Bu il bu rəqəmin 1000 tona çatdırılması nəzərdə tutulub.
Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb
Saatlıdakı aqroparkda nar bağının ərazisi daha 100 hektar artırılacaq – mövsüm hazırlığı VİDEO
“Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib