×
A
A
A
Sazlamalar

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Tokioda Naki-Sumo adlı ənənəvi festival keçirilib. AZƏRTAC yapon mediasına istinadla xəbər verir ki, burada ən uca səslə ağlayan körpəni müəyyən ediblər.
Festivalda Senso-ji buddist məbədində bir yaşa qədər yüzlərlə uşağın yarışı çoxsaylı tamaşaçıların marağına səbəb olub. Qaydalara görə, körpələri əllərində tutan sumo güləşçilərinin vəzifəsi onları ağlatmaqdır. Sumo güləşçisi uğur qazanmasa, qorxulu iblis maskaları taxan hakimlər işə qarışır.
Şübhəli görünən üsula baxmayaraq, valideynlər övladlarını bu qeyri-adi müsabiqəyə gətirməkdən məmnundurlar. Axı qədim ənənəyə görə, uşaq nə qədər yüksək səslə ağlayırsa, bir o qədər sağlam və güclü olur, habelə onun fəryadları pis ruhları qovur.
Artıq 400 ildir ki, Naki-Sumo Festivalı yapon mədəniyyətinin mühüm bir hissəsi olaraq qalır.

Dünya 2024-04-30 14:55:00