Kosovonun şimalında Serbiya bankının filialları bağlanıb
Belqrad, 21 may, AZƏRTAC
Kosovo ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus Post Əmanət Bankının altı filialını bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu addım Kosovoda serb valyutasının davamlı istifadəsini qadağan etmək siyasətinin tərkib hissəsidir.
Kosovo Mərkəzi Bankının ölkədə nağd ödəniş zamanı yalnız avrodan istifadə siyasəti ilə bağlı serblər üçün elan etdiyi üç aylıq keçid dövrü ötən həftə başa çatıb.
Xatırladaq ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salmış və yerli serblər üçün keçid dövrü elan etmişdi.
Kosovo 2002-ci ildən etibarən avrodan istifadə edir. Ölkənin şimalda serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə isə əhali həm serb dinarı, həm də avrodan istifadə edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək
Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb
Münxendə 23 polis avtomobili yandırılıb
İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə
Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb