Almaniyanın təşəbbüsü çərçivəsində Ukraynanın HHM sistemi gücləndiriləcək
Kiyev, 21 may, AZƏRTAC
Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini (HHM) gücləndirmək təşəbbüsü çərçivəsində Böyük Britaniya, Fransa, İspaniya, Rumıniya, Belçika və Litva Ukraynanı avadanlıq və raketlərlə təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi “X” səhifəsində məlumat verib.
Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun “Ramştayn” formatının mayın 20-də keçirilən onlayn görüşünün nəticələrinə əsasən məlum olub ki, bir çox tərəfdaş ölkə Almaniyanın Ukrayna üçün hava hücumundan müdafiə təşəbbüsünü dəstəkləmək istəyir.
“Belçika, Danimarka, Niderland, Norveç və Kanada maliyyə yardımı göstərəcək. ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rumıniya, Belçika və Litva da bu təşəbbüsə qoşulmaq istəyir”, deyə məlumatda bildirilir .
Qeyd edək ki, aprel ayında Almaniya hökuməti Ukraynanı əlavə HHM sistemləri ilə təmin etmək üçün yeni təşəbbüslə çıxış edib. Bu, Ukraynaya hava hücumundan müdafiə sahəsində daha böyük dəstək vermək məqsədi daşıyır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir
Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir
Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək
Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib