×
A
A
A
Sazlamalar

Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib

Tbilisi, 17 aprel, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Tavuş bölgəsinə səfəri çərçivəsində Kirants kəndinə də gedib.
AZƏRTAC xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında yazıb. O, Voskaper kəndindən sonra Kirantsa gəldiyini, burada da görüşün sual-cavab formatında keçirildiyini bildirib.
Qeyd edək ki, aprelin 17-də Nikol Paşinyan Voskepar kəndinin sakinləri ilə görüşüb. Görüş qapalı keçirilib və çəkilişə icazə verilməyib.
Kənd sakinlərindən biri - Laura adlı qadın mətbuata bildirib ki, N.Paşinyan torpaq mübadiləsi aparılmalı olduğunu bəyan edib. Baş nazir bölgə sakinlərini qismən də olsa, razı sala bilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-17 15:37:00