×
A
A
A
Sazlamalar

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Bakı, 30 aprel, AZƏRTAC
Hindistanın Çattisqarh ştatı yaxınlığında polislə atışmada naksalitlər adlandırılan yeddi maoçu-üsyançı öldürülüb.
AZƏRTAC “Hindistan Times” saytına istinadla xəbər verir ki, polislə naksalitlər arasında atışma Çattisqarh ştatının paytaxtı Raipurdan təxminən 200 kilometr cənubda yerləşən Narayanpur rayonunda baş verib.
Qarşıdurma zamanı hökumət qüvvələrinə heç bir ziyan dəymədiyi, bölgənin ekstremistlərdən təmizlənməsi istiqamətində əməliyyatın davam etdiyi bildirilir.
Hindistan hökuməti maoçuları ən böyük daxili təhlükə hesab edir.

Dünya 2024-04-30 14:59:00