×
A
A
A
Sazlamalar

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Füzuli, 16 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Buraxılış imtahanında ən yüksək bal toplayan məktəblilərdən biri də Füzuli rayonu Zobucuq qəsəbəsi 33 nömrəli tam orta məktəbin şagirdi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il buraxılış imtahanlarında Füzuli rayonu üzrə 64 şagird 200-300 arasında bal toplayıb.
Zobucuq qəsəbəsi 33 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Sevinc Fuad qızı isə buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticə göstərib.

Regionlar 2024-04-16 17:37:00