×
A
A
A
Sazlamalar

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

İmişli, 30 aprel, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan əkiz körpələrdən biri ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzasında xəsarət alan 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Nurlanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 4 radələrində ölüb. Faktla bağlı araşdırma aparılır.

00:47

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası saat 22 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı xəsarət alanlar - İmişli rayonu Xəlfəli kənd sakinləri 1956-cı il təvəllüdlü Mərdəliyev Sədiyar Əlisəfa oğlu, 1991-ci il təvəllüdlü İmanova Günay Səhliyar qızı, 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu, 1986-cı il təvəllüdlü Ağayeva Səliqə Səhliyar qızı, 1958-ci il təvəllüdlü İmanova Gülmayə Xudayar qızı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara təcili təxirə salınmaz tibbi yardım göstərilib.
Sədiyar Mərdəliyev və Günay İmanova Bakıdakı xəstəxanalardan birinə təxliyə olunub. Əkiz uşaqlar Nurlan və Firudin reanimasiya şöbəsinə yerləşdirilib, digər iki nəfərin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

29.04.2024

23:07

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası saat 22 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Hadisə zamanı xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-04-30 09:16:00

Video