Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO
Lerik, 17 may, İ.Adıyev, AZƏRTAC
Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.
Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.
Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
Naxçıvanda probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib
Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
İmişlidə keçirilən əmək yarmarkasında 150-ə yaxın vakansiya təqdim olunub
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil olunub