×
A
A
A
Sazlamalar

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Şəmkir, 30 aprel, AZƏRTAC

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü - rayonun Mahmudlu kənd sakini, 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-04-30 08:43:00