×
A
A
A
Sazlamalar

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Qax, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 2 məktəblisi buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar.
Buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə, 85 tapşırıq təqdim edilib. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə, 300 bal toplanıla bilər.
Xatırladaq ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarında da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi maksimum nəticə göstərib.

Regionlar 2024-04-16 15:53:00