×
A
A
A
Sazlamalar

Gəncədə evdə yanğın olub, ölən var

Gəncə, 13 aprel, AZƏRTAC

Gəncə şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.
Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-04-13 12:08:00