Naxçıvanın bir sıra bölgələrinin suvarma su ilə təminatı yaxşılaşdırılır
Naxçıvan, 3 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabe idarələri tərəfindən nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mart ayının sonlarından başlayaraq Babək rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən Araz çayından qidalanan “Araz-1” və "Araz - 2" nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri görülür və qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.
İşlər başa çatandan sonra Nehrəm qəsəbəsi, Arazkənd və Güznüt kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcək.
Şərurda azyaşlı su kanalında boğulub
Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət sahələrinin cari vəziyyəti ilə bağlı müşavirə keçirilib
Qazaxda tələbələr arasında bilik yarışı təşkil olunub