×
A
A
A
Sazlamalar

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Şəmkir, 4 may, AZƏRTAC

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun "Yasamal" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.

Regionlar 2024-05-04 20:08:00