×
A
A
A
Sazlamalar

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Xaçmaz, 18 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 18-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında fəaliyyət göstərən 72 mərkəzdə IV siniflər üzrə 8 min 337 şagird monitorinq prosesinə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Regionlar 2024-05-18 15:54:00