×
A
A
A
Sazlamalar

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Xaçmaz, 5 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 4-də növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil olunub.
Tədbirin məqsədi qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaqdır.
Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Qazi Universitetinin müəllimi, professor Necati Cemaloğlu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Məktəbəqədər və ümumi təhsil müəssisələrində keyfiyyət monitorinqi layihəsi"nin icrası üzrə rəhbəri Nəcməddin Mehtiyev, Elm və Təhsil Nazirliyinin əməkdaşı Gülnarə İlham və məktəb direktorları təqdimatlarla çıxış ediblər.

Regionlar 2024-05-05 00:12:00