Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb
Şəki, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futzal üzrə “Şəki kuboku – 2024” turnirinə yekun vurulub. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 24 komanda 6 qrupda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Turnirin final oyununda Şəki Şəhər İcra Hakimiyyətinin və “Az-Trade” MMC-nin komandaları qarşılaşıblar. Rəqibini 3:2 hesabı ilə məğlub edən icra hakimiyyətinin komandası turnirin qalibi adını qazanıb. Rayon təhsil sektorunun və Şəki Penitensiar Xidmət Müəssisəsinin komandaları turniri müvafiq olaraq üçüncü və dördüncü pillədə başa vurublar.
Turnirin qalibləri kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Şərurda azyaşlı su kanalında boğulub
Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət sahələrinin cari vəziyyəti ilə bağlı müşavirə keçirilib
Qazaxda tələbələr arasında bilik yarışı təşkil olunub