Yüksək Liqa: “Azərreyl” qalib gəlib, “Abşeron” səfərdə uduzub
Bakı, 3 aprel, AZƏRTAC
Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, matçların ikisi Bakıda, digəri Gəncədə reallaşıb. Turnir cədvəlinin lideri "Azərreyl" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Matça daha yaxşı başlayan "dəmiryolçular" üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb.
Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər.
Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəyə sevinib.
Bu nəticələrdən sonra turnir cədvəlinə 48 xalla "Azərreyl" başçılıq edir. “Murov Az Terminal” 40 xalla ikinci, “Abşeron” 39 xalla üçüncü pillədə qərarlaşıb.
La Liqa: “Atletiko Madrid” səfərdə xal itirib
Azərbaycan millisinin heyətində dəyişiklik baş verib
Superliqa: “Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib
Premyer Liqa: “Çelsi” heç-heçə edib, “Tottenhem” məğlub olub
Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Sumqayıt”ı məğlub edib