×
A
A
A
Sazlamalar

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Bakı, 6 may, AZƏRTAC

“Cəlilabad” komandası daha iki əcnəbi basketbolçu ilə yollarını ayırıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi gürcüstanlı Levan Qoqaladze və ABŞ-dan olan Raşon Consonla vidalaşıb.
“Cəlilabad” daha əvvəl amerikalı Camani Pirs və Kobi Tomasla başa çatan müqavilənin müddətini uzatmayıb.
Qeyd edək ki, “Cəlilabad” müntəzəm mövsümü 23 xalla səkkizinci pillədə bitirib və pley-offa vəsiqə qazana bilməyib.

İdman 2024-05-06 18:49:00