×
A
A
A
Sazlamalar

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

Bakı, 18 may, AZƏRTAC

Bu gün basketbol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda növbəti oyun baş tutub.
AZƏRTAC xəbər verir ki, seriyanın ikinci qarşılaşmasında “Xırdalan” və “NTD-İndiqo” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma Xaçmaz təmsilçisinin 92:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Seriyanın ilk görüşündə də rəqibini məğlub edən "NTD-İndiqo" bürünc medalların sahibi olub.

İdman 2024-05-18 23:22:00