Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan atleti Anna Skidan Polşanın Xujov şəhərində keçirilən Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançı çəkic atma yarışında 73.25 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Anna Skidanın çempionluq yolunda geridə qoyduğu rəqibləri sırasında üçqat Olimpiya çempionu, dünya rekordunun sahibi, əfsanəvi atlet Anita Vlodarçik də olub.
“Çempionların savaşı” şahmat turnirinin qalibi: Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi
Mahir Məmmədov: Azərbaycan çempionları daim diqqətimizdədir
Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə yekun vurulub
“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin iştirakçıları müəyyənləşib
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirir