×
A
A
A
Sazlamalar

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

Bakı, 6 may, AZƏRTAC

FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, 139 kollektivin yer aldığı siyahıda Azərbaycan yığması 29-cu pillədə qərarlaşıb.
Vitali Borisovun baş məşqçisi olduğu komandanın aktivində 1139,38 xal var.
Reytinq siyahısına 1568,41 xalla Braziliya seçməsi başçılıq edir. Portuqaliya (1527,61) ikinci, İspaniya (1514,42) isə üçüncü sıradadır.

İdman 2024-05-06 18:28:00