×
A
A
A
Sazlamalar

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Bakı, 18 may, AZƏRTAC

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Gəncə" voleybol komandası ilk transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, "sarı-göylər" Azərbaycan millisinin hücumçusu Ülkər Kərimova ilə müqavilə imzalayıb. O, komandanın yeni kapitanı olacaq.
Ülkər Kərimova son olaraq "Abşeron"da çıxış edib.

İdman 2024-05-18 22:33:00