×
A
A
A
Sazlamalar

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Bakı, 6 may, AZƏRTAC

“Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi. Çünki Azərbaycan idman ölkəsi kimi öz adından söz etdirməyi bacarıb”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova Bakı şəhərinin 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilməsi barədə danışarkən deyib.
O, Azərbaycanın paytaxtının mötəbər ada layiq görüldüyünə görə xoşbəxt olduğunu bildirib: “Ölkəmiz Avropa Oyunları, dünya çempionatları kimi mühüm yarışlara ev sahibi edib. Qazandığımız nəticələr də möhtəşəmdir. Azərbaycan xalqını gözəl xəbər münasibətilə təbrik edirəm. 2026-cı il bütün idmançılarımız üçün düşərli olsun”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

İdman 2024-05-06 18:14:00