×
A
A
A
Sazlamalar

Naxçıvanda təhsil sahəsi üzrə 14 nəfər vəzifəyə təyin olunub

Naxçıvan, 2 aprel, AZƏRTAC

Muxtar respublikada ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə keçirilən müsabiqə yekunlaşıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə 25 vakant vəzifə çıxarılıb. Hər iki vəzifə üzrə uğur qazanan 14 namizəddən 8-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 6-sı isə sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə təyin olunub.

 

Regionlar 2024-04-02 20:33:00