Tərtərdə mina partlaması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Bərdə, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Çaylı kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfərdən biri Tərtər Rayon Mərkəzi Xəstəxanasına, ikisi isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bərdə rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xəsarət alanlardan 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları qoyulub. Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hər birinə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Tərtər Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə xəsarət alan Polad İsmayılov üzün, sağ döş qəfəsinin, sağ yuxarı ətrafın çoxsaylı qəlpə yarası diaqnozu ilə müalicəyə cəlb olunub.
Şəki Dövlət Dram Teatrı paytaxt teatrsevərlərinin qonağı olub
İntensiv şaftalı bağlarına görə fermerlərə birdəfəlik əkin subsidiyası veriləcək