MDU ilə TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 2 aprel, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisində Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə TİKA-nın Bakı proqram koordinatoru Hayrettin Özçelik təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən və dəstək mexanizmlərindən bəhs edib. Azərbaycanda 2024-cü ildə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”nin TİKA üçün prioritet əhəmiyyət daşıdığını vurğulayan H.Özçelik bu istiqamətdə MDU-dan təklif ediləcək təşəbbüslərə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Səmimi qarşılanmaya və dəstəyə görə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov rəhbərlik etdiyi universitetin strateji məqsədlərini, hədəflərini və real ehtiyaclarını diqqətə çatdırıb. Dayanıqlı inkişaf əsaslı yeni dövrün universitetinə çevrilməyin strateji məqsədlərdən biri olduğunu qeyd edən rektor bununla əlaqədar MDU-da son dövrdə görülən işlər və qardaş Türkiyənin tərəfdaş universitetləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirlərdən danışıb. TİKA ilə işbirliyinin universitetin potensialının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən Ş.Bayramov əməkdaşlığın mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.
Potensial əməkdaşlığa dair aparılan müzakirələrdən sonra növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə edilib.
Xaçmazdakı təsərrüfatlarda ötən il süni mayalanma yolu ilə 4 min başdan çox cins buzov doğulub
Cəlilabadda 10 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb
Abşeron Rayon Mərkəzi Xəstəxanası MRT cihazı ilə müayinələrə başlayıb
“Yüz ilin Naxçıvanı” kitabının təqdimatı olub
Naxçıvanda “Dəyirmançı” restoranının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb