×
A
A
A
Sazlamalar

Karate üzrə respublika birinciliyi və çempionatı keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib.
AKF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-in vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər. Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar.

İdman 2024-03-31 16:44:00