×
A
A
A
Sazlamalar

Biləsuvarda yol qəzası olub, yaralananlar var

Biləsuvar, 26 mart, Surxay Şahbazov, AZƏRTAC

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik və "Tır" markalı yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-03-26 23:38:00