Zərdabda yağışdan sonra üzə çıxan qrunt suları evlərə və tövlələrə dolub VİDEO
Zərdab, 21 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Son günlər yağan yağışlar Zərdab rayonunda bəzi fəsadlara yol açıb. Daha çox çətinlik rayonun Məlikumudlu kəndində özünü göstərib.
AZƏRTAC xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, aramsız yağan yağışlardan sonra üzə çıxan qrunt suları evlərə, tövlələrə, yardımçı tikililərə dolub.
Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağaverdi Novruzov mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın günlərdə kənd ərazisində qrunt sularının axıdılması üçün drenaj kanalının yenidən qazılmasına başlanılacığını bildirib. O qeyd edib ki, kənd ərazisində üzə çıxan qrunt suları görüləcək bu işlərdən sonra çəkiləcək və sakinləri narahat edən problem aradan qalxacaq.
Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO
“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub
Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var
Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib