×
A
A
A
Sazlamalar

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bərdə, 21 mart, AZƏRTAC

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb. 09-BT-866 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobili yol kənarında dayanan 2 avtomobilə çırpılıb və 3 nəfəri vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-03-21 16:51:00