×
A
A
A
Sazlamalar

Mingəçevirdə Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

Bakı, 21 mart, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət edib.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynov, hazırda övladları MDU-da təhsil alan şəhidlər Yasən Əhmədov və Niyazi İsgəndərov, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələri ziyarət olunub.
Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib və onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2024-03-21 08:38:00