×
A
A
A
Sazlamalar

Balakənli şagirdlər qəhrəman Azərbaycan əsgərinə məktub göndəriblər

Balakən, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayon təhsil sektorunun təşəbbüsü ilə Novruz bayramı ərəfəsində “Əsgərə məktub” layihəsi keçirilib. Aksiyada 700-dən çox məktəbli, həmçinin təhsil işçiləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Layihə iştirakçıları yazdıqları məktublarda işğaldan azad olunan ərazilərdə xidmət edən əsgərlərimizə xoş arzularını bildiriblər.
Məktublar əsgərlərimizə çatdırılmaq üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təhvil verilib.

Regionlar 2024-03-15 16:22:00