×
A
A
A
Sazlamalar

Tərtərdə ağacəkmə aksiyası keçirilib

Tərtər, 15 mart, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində ayrılmış 1 hektar ərazidə keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qarabağ Regional Turizm İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, şəhid ailələri, veteranlar, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, könüllülər iştirak ediblər.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 500 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.

Regionlar 2024-03-15 14:27:00