×
A
A
A
Sazlamalar

Qaxda ağacəkmə aksiyasında 600-dək ting əkilib

Qax, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Kürmük çayının sağ sahilində, köhnə çay yatağında, həmçinin rayonun ayrı-ayrı kəndlərində 600-dək müxtəlif ağac və gül kolu əkilib. Əkilən ağac və gül kolları suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir. Kampaniyanın il ərzində davam etdirilməsi nəzərdə tutulur.

Regionlar 2024-03-15 13:52:00