×
A
A
A
Sazlamalar

“Neftçi” “Səbail”lə oyuna itkilərlə çıxacaq

Bakı, 14 mart, AZƏRTAC

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVII turunda keçiriləcək “Səbail”lə oyuna itkilərlə çıxacaq.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bərpa və müalicə prosesini davam etdirən Emil Balayev, Ataa Caber və Azər Əliyev bu oyunda iştirak edə bilməyəcəklər.
“Kəpəz”lə matçda zədələnmiş Emin Mahmudovun “dənizçilər”lə qarşılaşmada meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək.
Qeyd edək ki, qarşılaşma martın 15-də saat 19:00-da start götürəcək.

 

İdman 2024-03-14 14:05:00